Məzmuna keç

Yaxşıdı (Şəmkirli Aşıq Hüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşıdı
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Bir adam ki, sənlə ülfət eyləsə,
Yəqin onun əsil-zatı yaxşıdı.
Namərd sənə quzupilov yedirsə,
Mərdin quru məhəbbəti yaxşıdı.

Dad, hazır çəkərəm pərkarsız sazdan,
Ver, qurtar əlindən nəzir-niyazdan,
Söyləgən qarıdan, gəzəyən qızdan,
Güləyən gəlindən lotu yaxşıdı.

Aşıq olan sözün söyləyər başdan,
Sallabaş adamdan, ürəyi daşdan,
Bədnəzər qonşudan, bədcins yoldaşdan,
Qədirbilənlərin iti yaxşıdı.

Aşıq Söyün söylər kəlməni “tey”dən,
Dərsimi almışam “əlif’dən, “bey”dən,
Çörəksiz otaqdan, gözəlsiz evdən,
Çölün, biyabanm otu yaxşıdı.