Məzmuna keç

Yaxşıdı (Aşıq Nəcəf Əlimərdanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşıdı
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Kamal sərf edənlər, kamil olanlar,
Əgər qulluq etsən, sənət yaxşıdı.
Sözün ötkün ola, yığvalın kəskin,
Olasan hər işə bələd, yaxşıdı.

Zurnaçı ac olar, aşıq dilənçi,
Tozdan nəf götürər bil dəyirmançı,
Avara sənətdi misgər, qalayçı,
Dəllallıqdan bilsən lənət yaxşıdı.

Bir gün səfər eylər ömrünün köçü,
Qanana dərindi mətləbin içi,
Dünya bir bazardı, insan alverçi,
Nəcəf, alsan sən rəhmət, yaxşıdı.