Yaxşıdı (Aşıq Valeh)
Naviqasiyaya keçin
Axtarışa keçin
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yaxşıdı Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh (1729 - 1822) (az). shahbulaq.az (11.02.2013). Yoxlanılıb 2015-04-22. |
Yol keçibən ziyarətə gedənlər,
Bir yetimi sevindirmək yaxşıdı.
Nə lazımdı zəhmət çəkib yol getmək,
Ac, çılpağı geyindirmək yaxşıdı.
Mən bilirəm şöhrət üçün gedirlər,
Uzun yollarını gödək edirlər,
Axır gəlib füqəranı didirlər,
Düz insanın xeyrin desək yaxşıdı.
Valehəm mən, düzdü vəfam, ilqarım,
Bir kimsəyə yoxdu mənim azarım,
Qismət olsa mənə öz Zərnigarım,
Zər-zibaynan sevindirsəm yaxşıdı.