Yaxşıdı (Teymur Kərimli)
Yaxşıdı (26.01.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Cansıxıcı əlli sözdən, arxadaş,
Canqutaran bircə sözün yaxşıdı.
Min pisliyə gözlərini bərəltmə –
Bir yaxşını görsə gözün yaxşıdı!
Ömür səni gözləmir ki, dur, tələs!
Boş getməsin, qiymətlidir hər nəfəs:
Şər yolları bacardıqca qısalt, kəs,
Xeyir yollar incə, uzun yaxşıdı.
İnsan gərək sinəsi ac, gözü tox,
Düşmənləri qoy az olsun, dostu çox.
Acı–şirin, isti–soyuq – fərqi yox:
Bu dünyada qalsa izin yaxşıdı.
Dağlar başı duman deyil, sis deyil,
Ürəyimə çökən duman his deyil...
Can yaxmağa kerosin də pis deyil,
Könül deyir: yenə benzin yaxşıdır...
Mərdimazar işdəkləri unut sən,
Xeyir işdən quştək qurşan qanad sən.
Öz xalqını öz əlinlə donat sən,
Yad ipəkdən kəndi bezin yaxşıdı.
Yüsələndə sərkərdənin gur səsi
Xalqa çatdı, oldu dərdin çarəsi.
Uca xoşdur igidlərin nərəsi,
Anam çalan layla həzin yaxşıdı.
Sözün varsa, üzə söylə, söz atma!
Düz söz varsa, yalannan söz düzəltmə.
Teymur, çalış, sözü çox da uzatma,
Söz olmasa çünki rezin yaxçıdı.