Məzmuna keç

Yaxşıdı (Usta Abdulla)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşıdı
Müəllif: Usta Abdulla
Mənbə: Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 28


Qədəm qoyub bir məclisə varanda,
Həcv-hədyan sözdən bəli yaxşıdı.
Namərdin bir kəlmə acı sözündən,
Mərdin sillə çəkən əli yaxşıdı.

İyiddə var olsa ürəkli olar,
Ağlı dürüst olsa gərəkli olar.
Kim olsa vətəndə dirəkli olar,
Bihudə gəzməkdən ölü yaxşıdı.