Yaxşıdı (qoşma, Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yaxşıdı Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.31 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
İnsan oğlu, doğru yolu düz yeri,
Bir doğruluq yüz min fənddən yaxşıdı.
Gözəlsiz otaqdan, meyvəsiz bağdan,
Viranəlik vecsiz kənddən yaxşıdı.
Bazara çıxanda müştəri dinməz,
Satdığa qoyanda heç kim bəyənməz.
Yoxuşda dirənər, enişdə enməz,
Piyadalıq yorğun atdan yaxşıdı.
Aşıq Alı deyər, könlüm avayı,
Avayı olanda gəzər havayı.
Yeyəsən plovu, içəsən çayı,
Deməginən kartof ətdən yaxşıdı.