Məzmuna keç

Yaxşıdır (Aşıq Mirzə Bilal)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşıdır
Müəllif: Aşıq Mirzə Bilal
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.47

   
Namərd ilə şirin şərbət içməkdən
Mərd ilə içməyə ağu yaxşıdır.
Yalançı molladan, qanmaz sufidən,
Mey paylayıb qanan saqi yaxşıdır.

Aşıq Bilal aşıqların atası,
Qəşəd kəndi olub yurdu-yuvası,
Bir insana əgər dəysə xətası,
Kəsilsə qolunun sağı, yaxşıdır.