Məzmuna keç

Yaxşidür (Qadir məvləm...)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşidür (Qadir məvləm...)
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Qadir məvləm qələmində buyurmiş
Pis dünyayi gözdən atsan yaxşidur.
Namərdin əlinə keçib qalmadan,
Dəryalara düşüb batsan yaxşidür.

Hürmətsiz məclisdə qurub qalmadan,
Xeyirsiz qazanci satıb almadan,
Beyxəbər dünyada xor geçinmədən,
Qara torpax içrə yatmax yaxşidür.

Der Səfili necə oldi bu halım,
Güni-gündən artar bu qalmaqalım.
Qiymətsiz yerlərdə qahr etmə malın,
Malın var, zərrəfə satsan yaxşidür.