Yaylaq (Gözəllər seyrangahısan)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaylaq
Müəllif: Aşıq Ələsgər

Gözəllər seyrangahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin.
Təzə mürgüzar ol, yaylaq!

Gözüm qaldı siyah teldə,
Bülbül öldü meyli güldə.
Kimsəm yoxdu qürbət eldə,
Sən mənə qəmxar ol, yaylaq!

Mən səni görəndən bəri,
Sinəm oldu qəm dəftəri,
Yazıq Aşıq Ələsgəri
Öldür, günahkar ol, yaylaq!