Yaz havası
Jump to navigation
Jump to search
Yaz havası Müəllif: Aşıq Heydər |
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14. |
Mələşir qoyun-quzular,
Gələn yazın havasından.
Bilinir ki, “Dübeyti”dir,
Telli sazın avazından.
Dayçalar oynar, qapışar,
İnsan torpaqla tapışar,
Cütün məcindən yapışar,
Cütçü çıxıb yuvasından.
Dəlilənən sellər-sular,
Bulanıq axar, durular,
Heydər ellərdən sorular.
Ağbabadan, obasından.