Məzmuna keç

Yazdım (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yazdım
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.173 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Min rәhmәt söylәrәm kamil ustada,
Әrz etdi dәrsimi düzünә yazdım.
Köçmәsin ünvansız türfә gözәllәr,
Vәsfini mehparә üzünә yazdım.

Kökü safsa, bәhrә verәr әsl dәn,
Bir şeyxi xürrәmәm pakı nәsildәn.
Zaman keçәr, xәta umma әsildәn,
Tәmәnnasız nәğmә yüzünә yazdım.

Әhval tutdu Alı asman zәmindәn,
Kənar qaçdım xilqәt әqli kәmindәn.
Mәğrurlar dönәndә mәtlәb cәmindәn,
Yüz cavab hәr kәlmә sözünә yazdım.