Yeddi (Ordubadlı Kərim)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yeddi Müəllif: Ordubadlı Kərim |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Məndən salam olsun Məlik paşaya,
Nə səccardı, onun budağı yeddi?
Yüz iyirmi dörd min şahın içində
Yanıb şölə çəkər çırağı yeddi?
Nə güldü ki, aləm doymaz iyindən,
Necə doymaz Leyli Məcnun xoyundan,
Nə çeşmədi, içmək olmaz suyundan,
Başı birdi, daşdan ayağı yeddi?
Bu fani dünyada bircə bağım var,
Bağda üç yüz altmış beş budağım var,
Kərim der, dünyadan köçmək çağım var,
Səkkiz ev döşənib, otağı yeddi?