Məzmuna keç

Yeddi (Ululu Kərim)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yeddi
Müəllif: Ululu Kərim
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Ay ağalar, gəlin sizə söyləyim,
Burda bir dərya var, ayağı yeddi.
Üç yüz altmış şamlar yanar içində,
Şöləsi bərq verir, çırağı yeddi.

Altmış min darvaza, altmış min bazar,
Altı min içində həm əsası var,
Altmış min məscidi, tamam laləzar,
Alişan taxtı var, otağı yeddi.

Nə canlıdı cansız üstdə məskəndi?
Nə məcazdı qabağıncan səsləndi?
Necə şeydi əl dəyməmiş bəsləndi?
Üstündə sallanıb qabağı yeddi.

Nə bağmandı, üç yüz altmış bağı var?
Üç yüz altmış bağın üç budağı var,
Kərimin dünyadan keçən çağı var,
Səkkiz ev yaslanıb ocağı yeddi!