Yeddi qardaş dağı

Vikimənbə saytından
Yeddi qardaş dağı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir el ağsaqqalının ərsəyə çatmamış yeddi oğlu vardı. Özü də qocalmışdı, əli qılınc tutmurdu. Yağılar fürsəti bada vermir, tez-tez basqın edib eli talıyırmışlar. Günnərin bir günü genə yağılar gəlir. Yeddi qardaş qoşun yığıb onların qabağına çıxır. Ancax bılar uşax, yağılar neçə ilin qan tökənləri. Yeddi qardaşın qoşunu basılır. Qardaşlar görür ki, qoşun basıldı, yağılar genə eli çapıb-talıyacaxlar. Üzdərini göyə tutup Tanrıya yalvarıllar ki, ya Tanrı, bizi keçilməz dağa döndər, qabağı kəsək, yağılar elimizə soxulmasınlar. Tanrı eşidir onnarı, qardaşdarın yeddisi də dağa dönüb yan-yana düzülüllər. Yağılar keşməyə yol tapmır, qayıdıb biryolluq gedillər. O gündən camahat o dağlara “Yeddi qardaş dağı” deməyə başdıyır. Azərbaycannılar dədə-babadan bı dağları ocax sayıllar.