Yedikcə sözün hər gün şəkərin

Vikimənbə saytından
Yedikcə sözün hər gün şəkərin! (1998)
Müəllif: RAUF CAVAD

Yedikcə sözün hər gün şəkərin!
Anladım dadın-tamın Gövhərin!

Maşallah nə Şirin qənddir dili,
O ala nur gözlü, şux Dilbərin.

Açıb gözün günəş tək oyanır
Hər gün, bu günəş açır səhərin.

Gün saçların darayıb nur saçır,
Salıb eşqin oduna qəmərin.

Yar, əsirin olub can eşqində,
Yanan qəlbimdə var şah əsərin!

Alışar can yarın həsrətindən
Dözməz ürək, gəl ver şad xəbərin!

Gözlər bir gün can, Dilbərin yolun,
Gözlər o gün can, ölmün qədərin!

Rauf, salıbsan qəlbə Ümidi,
Olsun sənə min kərə afərin!
...Müəllif:Rauf Cavad