Məzmuna keç

Yenə

Vikimənbə saytından
Yenə
Müəllif: Qasım bəy Zakir
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Məni bir şux bu gün xanə-xarab etdi yenə,
Aldı aramımı, bitaqətü tab etdi yenə,
Bürqə üzdən götürüb, kəştı-niqab etdi yenə,
Dili-məcruhü pərişanı kəbab etdi yenə,
Didəmi əşki-dərun ilə pürab etdi yenə.

Gün kimi şölə verib sinədə əbyəz bədəni,
Tazədən eşqə salıb məstü cünun etdi məni,
Saçı canlar yatağı, telləri dillər vətəni,
Küfr zülfü talayıb Çini, Xətavü Xütəni,
Ləşkəri-xalü xəti Hində cəvab etdi yenə.

Keçdi əyyami-zimistan, gəlib fəsli-bahar,
Eyləyib seyri-çəmən naz ilə ol türfə nigar,
Biləsincə dəfu ney, saqiyü sağər — nə ki var,
İçibən cami-məhəbbətdən, olub məstü xumar,
Açıban bəndi-qəba, Lərki-hicab etdi yenə.

Bari-hicr ilə "əlif" qəddimi "nun" etmiş idi,
Arizusunda qara bağrımı xun etmiş idi.
Ruzigarimi siyəh xalı zəbun etmiş idi,
Gərçi əvvəl məni sərməstü cünün etmiş idi.
Öldürüb, qoymadı, axırda səvab etdi yenə.

Müjəvü qərazəvü göz, bir də kaman əbrulər,
Hamı bir yanə və bir yanə haman əbrulər,
Bir qatı yaydürür danənişan əbrulər,
Zakiri-xəstədilin, gör, nə yaman əbrulər
Cismi-zarın hədəfi-tiri-şəhab etdi yenə.