Yenə 2
Görünüş
Yenə 2 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Cahanda varmı bilən dərdi-eşqə bir çarə?
Bu eşq o eşqdi Məcnuni qoyubdu avarə.
Bu eşq o eşqdi Fərhadə dağı çapdırdı,
Axırda tişəni başına urdu biçarə.
Bu eşq o eşqdi Sən’an dinini atdı,
Buraxdı məzhəbini, səcdə qıldı zünnarə.
Bu eşq o eşqdi, bir erməni qızma Kərəm,
Axırda vəsl oduna yandı zarü biçarə.
Bu eşq o eşqdi Mənsuri darə çəkdirdi,
Töküldü qanı onun çarsuyi-bazarə.
Bu eşqə heç kəsi, ey xuda, düçar etmə,
Bu eşqə mən düşəli olmuşam günü qarə.