Yenə Məhəmməd bəy Aşiq aşıq Pəriyə yazmışdır
Görünüş
| Yenə Məhəmməd bəy Aşiq aşıq Pəriyə yazmışdır Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Ustadi-əzəldən dərsim almışam,
Mayiləm hər yerdə qovğayə, Pəri.
Ziddü cinsü rədif sözün danışma,
Mən desəm düşərsən vay-vayə, Pəri.
Böyük yerdən danışmağın az olsun,
Düşərsən bir dərin dəryayə, Pəri.
Müəşşərdə yəqindir ki, qaçarsan,
Axırında bəlkə Mirzəyə, Pəri.
Eyləyimmi, bilməm, sənə rişxənd,
Yoxsa onu yazan mollayə, Pəri?
Dəhanmm müəmması Aşiqi,
Salıbdır bir uzun sövdəyə, Pəri.