Yenə Vidadinin Qoşması
Görünüş
Düşər Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Seyri-gülşən etsən, ey gülüzarım,
Bülbül oxur, bağlar sədayə düşər.
Xəttinə baş əyər sünbül, bənövşə,
Gül xaki-fərşinə fədayə düşər.
Həyatımdır həyatımın həyatı,
Dəhani şəkkəri, dili nəbati,
Cəmalın sədqəsi, hüsnün zəkatı.
Mən təki binəva gədayə düşər.
Xurşidim, xavərim, hilalım sənsən,
Şəkkərim, şərbətim, zülalım sənsən,
Fikrim, zikrim, sözüm, xəyalım sənsən,
Könlüm haçan səndən cidayə düşər?!
Həsrətin çəkməkdən olmuşam xəstə,
Halı pərişanam, dili şikəstə,
İstər vüsalını Vidadi xəstə,
Yüz xaki-payına duayə düşər.