Məzmuna keç

Yenə Zakirin qəzəli 1

Vikimənbə saytından
Yenə Zakirin qəzəli 1
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Rəqibi görməyə mümkün olaydı yarım ilə,

Gedərdim ol səri-kudən öz ixtiyarım ilə.


Gəzərdim itləri içrə o dərdə bipərva,

Ziyadə tapmış idim rütbə etibarım ilə.


Hər ay başında bir ox navəki-qəmzədən ücrət,

Gərək mənə yetişə, şərt budur nigarım ilə.


Qoyanda qəbrə məni örtməyin, gəlib dilbər,

Nə güftgu edəcək, ta görüm, məzarım ilə.


Töküb sirişk gözündən deyərmi: “Ah, əfsus,

Ki, həsrət öldü bu biçarə intizarım ilə”.


Təğafül eyləsə bir dəm o səngdil deyərəm,

Fəğan ilən tutuban damənin qübarım ilə.


Bağışla cürmümü, ey şux, kim, həyatımda,

Çox etmişəm səni azürdə ahü zarım ilə.


Rəqibi mərhəmi-bəzmi-vüsal eyləmə kim,

Cahana od salaram ahi-pürşərarım ilə.


Xudaya şükr ki, basdın məzarım üstə qədəm,

Şikəstə Zakirəm, əhdim bu idi Tarım ilə.