Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi
Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi Müəllif: Məhəmməd Tağı Sidqi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi,
Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi.
Ayaqdan saldı bu rənci-xumar, əldən qərar aldı,
Əlim tut bir ayaq ilə, aman, səd ələman, saqi.
Xərabə könlümü bir bədayi-nab ilə abad et,
İçə piri-zəif ondan, olur bıllah cavan, saqi.
Tərəhhüm qıl, bu gün mey ver, məni qəmdən xilas eyle,
Diyari-eşqdə üşşaqə sənsən mehriban, saqi.
Hər iki nəşədə, hər nəşədən məqsudumuz meydir,
Bizə bu mətləbi kəşf eyləyib piri-muğan, saqi.
Alıbdır qönçeyi-qəmmazın qərar-ixtiyar əldən,
Kəsibdir işvəvü nazm, əcəb tabü-təvan, saqi.
Gəhi işvə, gəhi şivə, gəhi nazü gəhi qəmzə.
İmani-ixtiyarım getdi əldən, bir iman, saqi.
Telin vermə səbayə, şanə vurma, bəsdir, insaf et,
Xəmi-zülfündə dili-mürği qalıbdır aşiyan, saqi.
Ətayın can alır hər dəm, xətayin can əta eylər,
Dəhanın dürfəşandır, söhbətin arami-can, saqi.
Cavabın nüzhətəfzadır, camalın məhfilaradır,
Dişin dürri-müsəffadır, sözün arami-can, saqi.
Çəkilmiş guşeyi-bağə bu gün hər arifi-aşiq
Fərəh əfza olub, bəh-bəh, fəzayi-gülüstan, saqi.
Gülüstan bəzmi-xəlvətdir, zamani-eyşü işrətdir,
Çəməndə yar, yar ilə olubdur həmzəban, saqi.
Qonubdur sərv şax üstə, təranə başlayıb qümri,
Olubdur bülbüli-şeyda əcayib nəğməxan, saqi.
Açıb göz nərgisi-şəhla, edər nəzzarəyi gülşən,
Səba dəydikcə bağ içrə, açar qönçə dəhan, saqi.
Görüb yaquti-rəmmal tək şərabi-nabı cam içrə,
Həsəddən laləyi-həmra olubdur bağrı qan, saqi.
Bu gün könlüm kimi sünbül pərişan eyləyib zülfün,
Verər gusiyu-yari-nazəniniidən nişan, saqi.
Oxur bülbül, açıb gül, ...xürrəm. qönçələr xəndan,
Olubdur səbni-gülşən əşki-gülzari-cinari, saqi.
Nəvayi-bülbül, qümri, sədayi-mürği-xoşəlhan,
Edib zaği-siyahı bağdan damənkəşan, saqi.
Xarabat əhlinə daim münacat əhli tən eylər,
Olubdur zahidi-bədkiş bizdən bədgüman, saqı.
Gəlib meyxanəyə öz xirqəsin rəhni-şərab eytəm,
Nə fıkr ilə həmişə məscidi eytəyib məkan, saqi?
Ümidin bağlayıb mövlasına bu Sidqiyi-nalan,
Yetişsin dadə məhşərdə Əmirəlmöminin, saqi.