Məzmuna keç

Yenə nə bərq idi kim, saldı eşq canımğa

Vikimənbə saytından
Yenə nə bərq idi kim, saldı eşq canımğa
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.47.

Yenə nə bərq idi kim, saldı eşq canımğa
Ki, tüşdü şəm kibi məğzi-üstüxanımğa.
Yenə nə seyl idi kim, yıxdı səbr bünyadın,
Gətürdi rəxneyi-qəm mülkü xanümanımğa.
Yenə nə şövq idi kim, kəsdi rişteyi-canım,
Buraxdı dami-bəla cismi-natəvanımğa.
Yenə nə gülbüni-vəsl idi kim, şüküftə bolub,
Bahar verdi xəzan bərli bustanımğa.
Yenə nə bərq idi, ey Sadiqi kim, oldu əyan
Ki, etdi şölə füzun atəşi-nihanımğa.