Yenə oldum əsiri, ah! bir şuxı-sitəmkarın
Yenə oldum əsiri, ah! bir şuxı-sitəmkarın Müəllif: Nədim |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yenə oldum əsiri, ah! bir şuxı-sitəmkarın
Ki dilbər sevməmiş, bilməz bəlasın aşiqi-zarın.
Nə kafirliklərin gördüm mən ol zülfi-siyahkarın
O əblunun, o zalım qəmzənin, ol çeşmi-məkkarın.
O tifli-nazı gördüm, niyünə xurşid əsər etmiş
Xəbərdar olmamışdım, sonra bildim neyləmış, netmiş.
- Məgər zahrı qaçıb tənhaca Sədabadadək getmış
Tamaşa eyləmiş alayını şəvkətli Xunkarın.
Gəzərmiş qəsrin ətrafında yer-yer tazə mahrular
Mükəhhäl gözlü, şirin sözlü, Leyla üzlü ahular.
Həmən alqış sədasın andırmış çağlıyan sular.
Edərlərmiş duasın padişahi-madələtkarın.
Gözəlsən, bibədəlsən, şuxsan, aşuftəsən, cana
Söz olmaz hüsnünə, gəlməz nəzirin aləmə, haqqa.
Sənin hər cövrinə min can ilə səbr eylərəm, amma
Məni pək öldürür, ey bivəfa əllərlə bazarın.
Bu gün bir məhrəmi-əsrar yari-nüktəpiradan
Eşitdim kim sayıb üşşaqını, ey şuxi-simintən!
“Nədimi-zarə bənzər aşiqim yoxdur” demişsən sən
Əfəndim, iştə vardır: mən əsirin, mən giriftarın...