Məzmuna keç

Yenə yaz günləri gəldi, söylə, bülbülcügüm, söylə

Vikimənbə saytından
Yenə yaz günləri gəldi, söylə, bülbülcügüm, söylə
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Yenə yaz günləri gəldi, söylə, bülbülcügüm, söylə,
Cümlə çiçəklər zeyn oldı, söylə, bülbülcügüm, söylə.

Qış çıqıcaq İrdi bahar, canum ğəfletdən uyar,
Cənnətə döndi hər diyar, söylə, bülbülcügüm, söylə.

Yəşil ton geydi ağaclar, pərvaz urub uçar quşlar,
Nəfəsim canlar bağışlar, söylə, bülbülcügüm, söylə.

Eşq ilə eylegil cuşı, gedər könlündən təşvişi,
Çıquban gülzara qarşı söylə, bülbülcügüm, söylə.

Bülbül aşiqdür gülə, aşiqün halın kim bilə?
Gülə qarşu xoş eşq ilə söylə, bülbülcügüm, söylə.

Qüdrət xeznəsi açıldı, aləmə rəhmət saçıldı,
Hüllə tonları biçildi, söylə, bülbülcügüm, söylə.

Şeyxüm andadur, bən bunda, canum qərar qılmaz təndə,
Zarılığım dünü gündə söylə, bülbülcügüm, söylə.

Qanadun aça bilürsin, açuban uça bilürsin,
Dəryalar keçə bilürsin, söylə, bülbülcügüm, söylə.

Yuvandan yavrun aldılar, səni divanə qıldılar,
Zaman böylə olur dedilər, söylə, bülbülcügüm, söylə.

Keçdi ya Ömrümün van, qor gedərsin bu gülzarı,
Yunusun munisi, yan, söylə, bülbülcügüm, söylə.