Məzmuna keç

Yer üzünü gəzən kişi

Vikimənbə saytından
Yer üzünü gəzən kişi
Müəllif: Aşıq Paşa
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Yer üzünü gəzən kişi
Sənin kimi bilməyisər.
Səni sevən sevday olub
Kəndözünə gəlmiyəsər.
Səni sevən nedər işi
Dün gün axar gözü yaşı.
Paşam, səni görən kişi
Neçin əqli olmayisər?
Dərdin sənin cana rahat
Sənin sözün qəndi-nabat.
Vəslin sənin abi-həyat
İçən onu ölməyisər.
Kim ki səndən cüda olub,
Həsrətindən şeyda olub,
Dərdin onda peyda olub
Rəngi nasıl solmayisər?
Aşiq yürür şuri ilə
Əylənəməz huri ilə
Müxlis eşqi nuri ilə
Əsrükdür xud bilməyisər.