Məzmuna keç

Yer yüzində gəzər idüm, uğradum mülkətlər yatur

Vikimənbə saytından
Yer yüzində gəzər idüm, uğradum mülkətlər yatur
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Yer yüzində gəzər idüm, uğradum mülkətlər yatur,
Kimi ulı, kimi kiçi, key quşağı bərklər yatur.

Kimi yigid, kimi qoca, kimi vəzir, kimi xoca,
Gündüzləri olmış gecə, ancılayın çoqlar yatur.

Toğn varurdı yollan, qələm tutardı əlləri,
Bülbülə bənzər dilləri, danişman yigidlər yatur.

Ulu-kİçİ ağlaşmışlar, sərvər yigidlər düşmişler,
Baş ucmda yay sımışlar, quruluban oqlar yatur.
 
Atlannun İzi tozılu, önləri təbilbazılu,
Elə-günə hökmi yazılu şu möhtəşəm bəglər yatur.

Gecə-gündüz oğlancuqlar söylər ikən bülbül kibi,
Ayrılmışlar, anaları sinlərini bəklər yatur.

Əlleridür xınalu həb, qaravaşlan şekerləb,
Qarğu kibi uzun boylu, gül yüzlü xatunlar yatur.

Əl bağlamışdur qamusı, Həqq Çələbdəndür umusı,
Bakirə qızdur kimisi, alınmaduq çoqlar yatur.

Yunus bilməz kəndü halin, Çələbdür söylədür dilin.
Bir necəsi yeni gəlin, ağ, degirmi yüzlər yatur.