Yer yox iken, gög yox ikən, ta əzəldən var idim

Vikimənbə saytından
Jump to navigation Jump to search
Yer yox iken, gög yox ikən, ta əzəldən var idim
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Yer yox iken, gög yox ikən, ta əzəldən var idim,
Gövherin yekdanəsinden ileri pərgar idim.
Gövheri ab eyledim, tutdu cahanı serbeser,
Yeri, gögi, erşü kürsi yareden settar idim.
Gah Hüseynilen bele pustimi soydu qadiler,
Gah o Mensur donuna, ghdim “enelheq”dar idim.
Girdim Adəm cismine, kimsene bilmez sinimi,
Men bu Beytullah içinde ta ezelden var idim.
On səkkiz min aləmə men gerdiş ile gəİmişem,
Ol səbebden heqq ile sirdar idim, serdar idim.
Dünyasından mən onun sinin bilirdim, ol mənim,
Deryanın altmdakı sac qızdırän ennar idim.
Men Xetaiyem, heqi heq tanımışam bigüman,
Onun üçün ol yaratdı, men ona derkar idim.