Məzmuna keç

Yeri, göyü, insü cinni yaratdın

Vikimənbə saytından
Yeri, göyü, insü cinni yaratdın
Müəllif: Əzmi Baba
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Yeri, göyü, insü cinni yaratdm
Sən ey memar başı, eyvançımısan?
Eyni günü çərxi bürcü var etdin
Ey məkan sahibi, rehsançımısan?
Dənizləri yaratdm sən qapaqsız
Sulan yürütdün elsiz-ayaqsız
Yerləri teməlsiz, göyü dayaqsız
Durdurursan əcəb, iskançımısan?
Tulladırsan qanadsızca quşlan
Kürəkləmi yapdın sən bu dağlan?
Nə yapıb da öldürürsən sağlan
Can verib alırsan, sən cançımısan?
Səkkiz cənnət yapdm sən Adəm üçün
Adm böyük, bağışla onun suçun.
Adəmi cənnətdən çıxardın neçin
Buğda nəyinə lazım, xırmançımısan?
Bir ikən min etdin kəndin admı
Görmədim sən kimi iş ustadını.
Yaşardırsan, qurudursan odunu
Sən baxçıvanmısan, ormançımısan?
Cəbrilə pərdə altında söylərdin
Enib Beytullaha kəndin dinlərdin
Bu atəşli cəhənnəmi neylərdin
Hamamınmı var, ya külxançımısan?
Bu qışlara bədəl bu yazı yapdın
Əwəl bahara qarşı güzi yapdın
Mizam iki göz tərəzi yapdın
Baqqalmısan, yoxsa dükançımısan?
Qazanlarda qətranlann qaynarmış
Yer altında balıqlann oynarmış
On bu dünya qədər əcdarhan varmış
Şərbətmi satarsan, ilançımısan?
Yüz min cəhənnəmin olsa qorxmam birindən
Rəhman ismi nazil deyilmi səndən?
Qaffar-üz-zünubam demədinmi sən
Əhf et günahımı, yalançımısan?
Məni əhf eyləsən düşərmi şandan
Nə azalar, nə əksilər xəznəndən
Şahlar belə keçər boylə üsyandan
Əhf etsən olmazmı, nöqsançımısan?
Şanına düşərmi nöqsan görürsən
Hər könüldə oturursan, yürürsən
Bunca canı alıb yenə verirsən
Götürüb gətirən karvançımısan?
Bilirsən, mən qulam, sən sultanımsan
Qəlbdə zikrim, dildə tərcümanımsan
Sən mənim canımda can mehmanımsan
Könlümün yansan, yabançımısan?
Məni dəli eylər kəndin söylorsen
İçərdən Əzmini bazar eylərsen
Ucalardan uca seyran söylərsen
İşin seyran, kəndin seyrançımısan?