Yeri-yurdu qurulama
Jump to navigation
Jump to search
Yeri-yurdu qurulama Müəllif: Aşıq Heydər |
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14. |
Durma məcdən yaxşı yapış,
Xərək qoyub qaralama.
Ək ürəklə, həvəs ilə,
Gəl torpağı yaralama.
Haqoşa bax, diqqət elə,
İşlə, çalış gülə-gülə,
Bu obadan sən naz ilə,
Gəl özünü aralama.
Niyə olub halın xarab,
Peşən olsun özünə bab,
Heydər deyər başqa iş tap,
Yeri-yurdu qurulama.