Yeri (Aşıq Bəsti)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yeri Müəllif: Aşıq Bəsti |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06. |
Tala-tala ağ buludlar,
Karvan bağla, Löyə yeri.
Sən ağlama, mən ağlaram,
Ağı deyə-deyə yeri.
Acçınqıla çatar ağla,
Düzül qatar-qatar ağla.
Oyanmaz, yar yatar ağla,
Ahım qalxdı göyə, yeri.
Çox ağlar, Bəsti qəribdi,
Fələkdən zülüm görübdü,
Meylini saza veribdi,
Bir də qəmli neyə, yeri.