Yetdin yetənə, yetməyənə bir təpik atdın
Görünüş
Yetdin yetənə, yetməyənə bir təpik atdın Müəllif: Əliqulu Qəmküsar |
Mənbə: Əliqulu Qəmküsarın ədəbi taleyi: sənətdə və həyatda |
Yetdin yetənə, yetməyənə bir təpik atdın,
Vicdanını, imanını bircə pula satdın,
Şeyxi, qazını, xanı, bəyi bir-birə qatdın,
İcma eləyib qıldılar axır sənə nifrət.
Tutdun yaxasından Bakının həftədə yazdın,
Milyonçu, zavodçu deməkdən beynini qazdın,
Uprava, qlavnı bağırıb kefləri pozdun,
Saldın Bakıya həftədə bir şuri-qiyamət.