Yetişər (Aşıq Abbas Tufarqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yetişər Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Gözəl Pəri, mənlə yaman başlama,
Mənim ərzim gedər, xana yetişər,
Qaşların ləl olsa, yoxdu qiyməti,
Min tüməndi, bəzirgana yetişər.
Məclisinə sürahilər düzülər,
Ala gözlər xumarlanıb süzülər,
Bir muyun üzülsə, canım üzülər.
Zəlzələsi al-Osmana yetişər.
Abbas deyər: Pərim niqabı atdı,
Camalm göstərdi, günü yubatdı.
Ağ üzdə xalların Misri-nabatdı,
Səkkiz cənnəti-rizvana yetişər.