Yetişməz (Çoban Məhəmməd)
Görünüş
Yetişməz (Çoban Məhəmməd) Müəllif: Çoban Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 45 |
Çoxu aşıqlığın həvəsindədi,
Çala bilməz, əli saza yetişməz.
Qışın tədarükün yayda görməyən
Bivədə qurtarar, yaza yetişməz.
Qurdculam deyirlər cəngi tulalar,
Qurd görəndə qorxusundan ulalar.
Toyuq qığa çəkər, quyruq bulalar,
Bəhs edər, addımı qaza yetişməz.
Cik-cik edər, pərvazlanar sərçələr,
Yada düşməz alıcılar, nərçələr.
Qırğı vurar, qaynağında parçalar,
Həddən aşmayana qəza yetişməz.