Məzmuna keç

Yetincə

Vikimənbə saytından
Yetincə
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

İstəyirsən gəlib mənə yetəsən,
Ayaq götür ta ki, yara yetincə.
Ömrüm bağçasmm gülün dərərlər.
Dost bağmdan az kənara yetincə.

Hər igidin sığındığı başma.
Əl aparmaq olmaz haqqm işinə,
Suyu gəlib çatıb novun başma,
Həsrət çəkir ta ki pərə yetincə.

Qurbani, sözlərin yarasta söylə!
Sızıldaşır yaram, yar, asta söylə!
Bir ac qarın doydur, yar, az tas eylə,
Nagah-nagah könüllərə yetincə.