Məzmuna keç

Yetir (Aşıq Nəcəf)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yetir
Müəllif: Aşıq Nəcəf Daşkəndli

Kainatı, yeri, göyü yaradan,
Dərdlərə dərman ver, bir ayə yetir.
Ağbirçək analar fəğan eyləyir,
Bax aha, amana haraya yetir.

Dolanır tərsinə dünya gərdişi,
Pozulmaz olubdu millətin işi.
Mehracda, Hatifdə danışan kişi,
Özün kərəm eylə, buraya yetir.

Qurtar bu milləti əzabdan, dardan,
Nəcəf ayrı düşüb qohumdan, yardan.
Sidq ilə çağırram: - ya Şahı Mərdan!
Bağışla yüz on dörd surəyə yetir.

Mənbə

[redaktə]