Yetir (Qul Mahmud)
Görünüş
Yetir Müəllif: Qul Mahmud |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Xudam, məni bu qəzadan xilas et,
Gözü yaşlı qalan canana yetir.
Məni əli qanlı haramdan qoru,
Hər çarəm ondadı, loğmana yetir.
Mən qulunam, köməyinə güvənnəm,
Ətəyindən tutub hər gün dilənnəm,
Tut əlimdən rahin ilə gələnəm,
Sən məni yaquti-yəmənə yetir.
Mahmudam, səfərdən dala gəlməsəm,
Eynim yaşım yar əliylə silməsəm.
Qisasımı əgər ala bilməsəm,
Bu dərdi sən Şahı-Mərdana yetir.