Yol üstündə duran gözəl
Görünüş
Yol üstündə duran gözəl Müəllif: Aşıq Əsəd |
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018. |
Yol üstündə duran gözəl,
Söylə görüm, haralısan?
Yaranıbsan bir qətrədən,
Hansı yerin maralısan?
Yaradıb Cabbarü Cəlil,
Bədnəzəri olsun zəlil!
Nə baxırsan məlul-məlul,
Yoxsa yardan yaralısan?
Əsəd deyir, intizaram,
Açılmış güllərin dərəm.
Hər gün sənlə seyrə varam,
Heyif, bizdən aralısan.