Yol ver

Vikimənbə saytından
Yol ver
Müəllif: Aşıq Musa Tapdıqoğlu
Mənbə: Xeybər İgidəliyev (2014). Vaxt gələr, axtarıb gəzərsiz məni (az). Bakı: "Elm və təhsil". 2017-11-25 tarixində arxivləşdirilib. 2017-11-25 tarixində istifadə olunub.

Yalvarıram sənə barı, ilahi,
Qanmaza yol vermə, qanana yol ver.
Günahkar olmayan bir bəndə yoxdur,
Günahın boynuna alana yol ver.

Məhəmməd eşqinə, Əli eşqinə,
Yüz iyirmi dörd min nəbi eşqinə,
Məzlum, fəqir, xəstə, əlil eşqinə,
Çox ağır dolanır zəmanə, yol ver.

Nadanlardı dar günümə gülüşən,
Eşit sən Musanı, eli elə şən,
İmamlar yolunda didərgin düşən,
Bağışla ol Sahibzamana, yol ver.