Məzmuna keç

Yox (Aşıq İslam)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yox
Müəllif: Aşıq İslam
Mənbə: "Ozan dünyası" jurnalı, №1(4), 2011.

Bir ağacda beş budaq var,
İksinin meyvəsi yox.
Üç budaqda altı nar var,
O narın dənəsi yox.
Üç budaqda yetmiş iki,
Haçasın aydın gördüm.
Doxsan altı bülbüldü,
Heç birinin nəfəsi yox.

Hər bülbüldə bir almaz var,
Əl vurma dəsdin kəsər,
Hər budaqda bir yarpaq var,
Gecə-gündüz hey əsər;
Otuz cansız zərif gördüm,
Budaqları hey bəzər.
Hər budaqda şah əyləşib,
O şahın libası yox.

O şahları görmək üçün,
İki yüz on altı yolu var.
Hər yolun da bir haramı,
Haramın qannan xalı var;
Vəsf eyliyir Cavan İslam,
Budaqların qeyl-qalı var.
Pəhlivannar alt olubdu,
Heç birinin səsi yox.