Məzmuna keç

Yox dünyada, kor insanda Ədalət?

Vikimənbə saytından
Yox dünyada, kor insanda Ədalət!? (1994)
Müəllif: RAUF CAVAD

Yox dünyada, kor insanda Ədalət!?
Varsa əgər, göstər hanı mərifət!?

Yox bir kimsə ki, deyəsən dərdini,
Kim eşidər kimin dərd məqsədini!
Bilən azdır mərifətin həddini,
Çoxunun yoxki təhsili, həm dini!
De, axı kimlə olasan həmsöhbət!

Söz, olub zay-qanmaza zibil-saqqız,
Haqqı desən qanmaz, çün əqli yalqız!
Dili acı zəhər, söz edir haqsız,
Sındırır qəlbi bu bivec ağılsız!
Kor şeytandan alır axmaq, məsləhət!?

Rüşvətin xas beşiyi olub məktəb!
Artıq dərslərdə də verilmir ədəb!
Qeybə çəkilib, gözdən itib Mətləb!
Bölünüb min bir cür hala din-məzhəb!
Yayılıb dünyaya eybəcər nifrət!

Əlacsız qalıb xalq-millət, ay aman!
Çəkir insanlar zülm-zillət, ay aman!
Kin olub xəstəlik-illət, ay aman!
Əzab verir xislət-xilqət, ay aman!
Ərşə çəkilib insanda məhəbbət!

Təəccüb etmişdi bir vaxt mələklər!
İndi ağlar halımıza fələklər!
Üstümüzdən əsər sərin küləklər!
Ümid var ki, qəlbdə var xoş istəklər!
Rauf, nə Zaman doğar xoş ünsiyyət?!