Yoxdu-yox

Vikimənbə saytından
Yoxdu-yox
Müəllif: Ağdabanlı Qurban

Kainatda ruzi boldu, hər gələn can dolanır,
Yaranmışın qismətini verir sübhan, dolanır!
Afrikada vəhşi pələng, sürü aslan dolanır,
Bir-birinə qənim deyil, onlar asan dolanır,
Öz nəslinə qənim olan başqa bir can yoxdu-yox!