Yoxdu (Xəstə Qasım)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yoxdu Müəllif: Xəstə Qasım |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Ay qəsrdə duran gözəl,
Niyə təksən, elin yoxdu?
Niyə pozğundu tellərin,
Əl şanada, telin yoxdu?
Mən gəlirdim dağdan-daşdan,
Sinəm yanır qəm-ataşdan,
Ayrılmısan yaşılbaşdan,
Tək sonasan, gölün yoxdu?
Gəl dərdin Qasıma söylə,
Bağrımın başını teylə,
Qonağa xoş gəldin eylə,
Yoxsa, lalsai, dilin yoxdu?