Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən
Görünüş
Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən Müəllif: Qasım bəy Zakir |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən,
Eylə bilsin ki, görüb dideyi-xunbarı görən.
Munca kim zülm edər, insafü mürüvvət axır
Salacaqdırmı onun könlünə bir tarı, görən?
Xəstədillər nə çəkir bəstəri-möhnətdə, bilir
Nərgisi-məstə baxan, qərazeyi-xunxarı görən.
Aşiqin halı pərişanü təbah olduğunu
Fəhm edər zülfi-pərişanü siyəhkarı görən.
Tuta gər Yusifi-gümgəştə nəbati-Misri,
Eyləməz meyl ləbi-ləli-şəkərbarı görən.
Yanar əhvalına nəvvnəsifət şanələrin,
Piç-tabü girehi-türreyi-təvvarı görən.
Mütləqa ol məhi-bimehrə dəxi meyl etməz
Künci-qürbətdə gəlib Zakiri-bimarı görən.