Yoxdur (Aşıq Sədrəddin)
Görünüş
Yoxdur Müəllif: Aşıq Sədrəddin |
Mənbə:Seyfəddin Qəniyev, 1918-ci il Şamaxı soyqırımı şəhidlərindən iki nəfəri - Əngəxaranlı Aşıq Xəlil və Aşıq Sədrəddin, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.24-30. |
Mən öz ceyranımın hax səyyadıyam,
Özgə ağuşunda marağım yoxdur.
Dərd əhliyəm, qəmlər sərgəştəsiyəm,
Günüm-güzaranım, növrağım yoxdur.
Bəzən şeytan çıxır gözəl sənəm də,
Bunun təqsiri yox, məndə, nə səndə.
Müxənnət nadandan, yanan sinəmdə,
Necə deməyim ki, yüz dağım yoxdur.
Sədrəddin, nifrətim var şərə, nəsə,
Nə deyim duyğusuz, qayğısız kəsə.
Qeyli-qal yığnağı olan məclisə,
O yığnağa gedən ayağım yoxdur.