Məzmuna keç

Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva

Vikimənbə saytından
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva (5 yanvar, 1927)
Müəllif: Nəcəfqulu bəy Şeyda
Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006.


Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva,

Gər olub, aşiq degil, aşiqdir kami narəva.

Aşiqi-sevdazədə vəchi-nigarın axtarar,

Nə gözəl olsa, onu sevməz nigarından səva.

Mənzərimdə dövr edən bu taqi siminzər nigar,

Pərtövi-zati-xudadır xaliqi nə bu həva.

Hər səhər gülşənara cəmiyyəti-üşşaqdən,

Naləşü suzdur səm’ə yetən hər bir nəva.

İstədim mən bir müalicədən dəvayi dərdi-eşq,

Söylədi bu dərdə yox heç yerdə dərmanü dəva.

Etmədi dərman müalic dərdi dərmanına,

Ey könül, bil binəvasən, binəvasən binəva.

Səbr ilə, Şeyda, olur dərman dərdi firqətə,

Məqsədi rahə məhaziddir əgər xətti üstüva.