Yoxsulluq
Jump to navigation
Jump to search
Yoxsulluq Müəllif: Aşıq Molla İsmayıl |
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11. |
Bu dünyada kor eylərsən insanı,
Səni görüm kor olasan, yoxsulluq.
Şeytan kimi qovulasan dərgahdan,
Cəhənnəmdə var olasan, yoxsulluq!