Yoxumuş
Görünüş
Yoxumuş Müəllif: Aşıq Pəri |
Xaraba qalasan, Tiflis şəhəri,
Heç səndə oynayıb-gülən yoxumuş.
Bülbül susub, bağ pozulub, gül solub,
Yad bağların etibarı yoxumuş.
Mən gedirdim, dostum çıxdı qabaqdan,
Acı sözün salmaz, məni damaqdan,
Bizim güldən, yad güllərə qonmaqdan,
Yad sonanın etibarı yoxumuş.
Aşıq Qərib gəlməyinnən yad oldu,
Sınıq könlüm məlul oldu, şad oldu,
İstəkli dilbərim bizdən yad oldu,
Yad sonanın etibarı yoxumuş.