Məzmuna keç

Zöhrəm, ölüm də sıxıb candan məni, baxarsan

Vikimənbə saytından
Zöhrəm, ölüm də sıxıb candan məni, baxarsan (1995)
Müəllif: RAUF CAVAD

Zöhrəm, ölüm də sıxıb candan məni, baxarsan,
Sən gizlənib, niyə məndən, eşqimdən qaçarsan?

Nazlı yarım, sən sevgi-ümidim, eşq ulduzum,
Qaranlığıma ay işığı, nur tək saçarsan?

Nəzərin odlar canımı ey sevgili Canan,
Mənə naz edib, məni qaranlığa atarsan?

Boyanıb aləm qara rəngə, görməzsən? Nədən
Bağrımı qan edib, günəşə nazı satarsan?

Qarışır gözlərimin nuru, qaralır önüm,
Sən gözə naz edib, gözü zülmətə salarsan?
 
Çəkdiyim dərdi duymaz səndən savayı kimsə,
Görsən kaş məni ey yar, dərd-qəmimə ağlarsan?

Nə zamandır ki, can, eşqdən yanıb alovlanır,
Bilsən ki, nə arzularam, halimə sızlarsan?

Rauf, gəl deməm sənə çün gəlməzsən, gözlərsən
Zaman yetişincə, dərd-sərimə dolanarsan?
             ...Müəllif:Rauf Cavad