Zəmanə saldi əcəb mohnətu məlalə məni
Zəmanə saldi əcəb mohnətu məlalə məni Müəllif: Xurşudbanu Natəvan |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Zəmanə saldi əcəb mohnətu məlalə məni,
O mahrudən iraq verdi qəm zəvalə məni.
Tukəndi tabu təvan, ey xudayi-ləmyəzəli!
Ya tez bu canımı al, ya yetir vüsalə məni!
Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə!
Gəl indi gör ki, fəraqın salıb nə halə məni!
Nə vaxtadək qəmi-hicrində ahu zar cəkim?
Tərəhhum eylə, gətir sən də bir xayalə məni!
Kəsildi səbru qərarım, fəraqə tabım yox,
Rəvadı təngə gətirsin bu ahu nalə məni?
Alıbdı əqlimi sərdən, qərarımı dildən,
Edib bəlayə fələk, gor necə həvalə məni.
Təəccubəm ki, necun rəhmə gəlmədin, zalım?!
Fəraq oduna yaxıb salmısan bu halə məni.
Nə yaxşı gunlər idi kim, səninlə munis idim,
Zəmanə indi edib sinə dağlı lalə məni.
Vusalə yetməyibən zaru Natəvan qaldım,
Edib fələk yenə həsrət o məhcəmalə məni.