Məzmuna keç

Zərgər kişinin öldürülməsinin Tanrımızın hökmüylə olmasının bəyanı

Vikimənbə saytından
Zərgər kişinin öldürülməsinin Tanrımızın hökmüylə olmasının bəyanı
Müəllif: Mövlana Cəlaləddin Rumi


О zərgərin ölümü, Naqqın məsləhətiylə,
Nə istəyə bağlıydı, nə də zəif bir gülə.
Nə də həmin padşahın, istək arzusu idi,
Tanrıdan hökm oxunmuş, alın yazısı idi.
Bir adamın başını, vurubsa Xızır İlyas,
Nə qədər axtarsalar, о baş daha tapılmaz.
Kim ki, Naqqından alır, vəhyini, xitabını,
Nə iş icra edərsə, alacaq savabını.
Sənə canı verən kəs, onu alsa rəvadır,
Səni öldürən Əli, ona verən Xudadır.
Sən də İsmail kimi, ver baş Tanrı yolunda,
Şadü- xəndan sidq ilə, saflaş Tanrı yolunda.
Ömrün boyu sevinclə, yaşayarsan qalarsan,
Sən Əhədin, Əhmədin, pak canı tək olarsan.
Aşiq fərəh camını, elə ki, başa çəkər,
Özü- öz, əlləriylə canan ağuşa çəkər.
Şah bu qanı tökməyi, şəhvət üçün etmədi,
Bədgüman olma ondan, bu qanı о tökmədi.
Belə güman etmə sən, Zərgəri öldürən Şah,
Onu öldürmək üçün, bu tələni quran Şah.
Ey bədgüman dərk eylə, xəta zənnindən ötüş,
Zənnin xəta olarsa, günahkarsan başa düş.
Bu əziyyət bu cəfa, gərək bəhrəsin versin,
Vəfasızlıq yox olsun, artıq tamahlıq ölsün.
Bu imtihan sorğu da, aşkar olar niku-bəd,1
Nəfsə qalib gəlməyə, cihad lazım ta əbəd.2
Olmasaydı bu əməl, hökmü ilə Xudanın,
Şahla fərqi olmazdı, bir vəhşinin, gədanın.
Şah şəhvətdən tamahdan, qəlbini pak eylədi,
Tamahkarın hərisin, qəlbini çak eylədi.
Baxma Xızır dəryada, gəmi batırdı özü.
Yüz dostu itirsə də, daim xatirdə özü.
Musa peyğəmbərimiz, öz nuru hünəriylə,
Ondan utanırdı ki, Xalqı məşğulşər ilə.
Etmə hesab qan onu, qızıl gül ləçəyidir,
Bilmə Məcnun sən onu, ağılın göyçəyidir.
Axıtsaydı əgər о, bir müsəlman qanını,
Kafərəm əgər, çəksəm onun adı – sanını.
Düşməni mədh eyləmək, Rəbbi qəzəbləndirər,
Bədgüman olar hamı, mö'mini hirsləndirər.
О şah kimi şah idi, hər şeydən agah idi,
О seçilmiş şah idi, xalqına pənah idi,
О, ölməli mərd idi, çün özü namərd idi,
Onun tamahkarlığı, canına bir dərd idi.
Yarım can olmaqla о, yüz cana can bəxş etdi,

Zərgər comərd olmadı, həyatı hədər getdi
Tanrının qəzəbində, sən bir ibrət gördünmü?
Zərgərin cəzasına qulda hacət1 gördünmü?
Neştərlə qan alarkən, uşaq ağlar həmişə,
Uşaq sağalan kimi, ana gülər bu işə.
Sən özünlə onları, edirsən müqayisə,
Çox uzağa düşmüsən bu işdə girmə bəhsə.
Bu barədə hekayə yenə söyləmək olar,
Fikrləşək görək biz, daha nə demək olar.